TÖVSİYƏ XƏBƏRLƏR

Şəkidə fərdi yaşayış evi yanıb

Şəkidə fərdi yaşayış evində yanğın baş verib. Bu barədə 11 noyabr tarixində APA məlumat verib.

Yanğın saat 05:40-da rayonun Şəki kəndində, kənd sakini Vasif Nəzir oğlu Əhmədova məxsus ümumi sahəsi 135 kvadratmetr olan, 3 otaq və aynəbənddən ibarət kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində evin 90 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.