TÖVSİYƏ XƏBƏRLƏR

Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub

Şəkidə fərdi yaşayış evi yanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.

Bu gün günorta saat 13.00 radələrində Şəki şəhərinin Fuad Abdurahmanov küçəsində yerləşən Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kv/m olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu, 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S. Süleymanova yerində yardım göstəriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.