Güclü külək Şəkidə fəsadlar törədib. Bu barədə 7 iyun tarixində Report məlumat verib.
Belə ki, ötən gün gecə saatlarında Şəki şəhərinin S.Rəhman küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində qoparaq, 5 avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ziyan dəyib.