Şəkidə iki avtomobil toqquşub, biri çaya düşüb

Şəkidə iki avtomobil toqquşub, biri çaya düşüb

Şəkidə iki avtomobil toqquşub, onlardan biri çaya düşüb. Bu barədə 21 yanvar tarixində Report məlumat verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Volkswagen Bora” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Daha sonra “Volkswagen Bora” markalı maşın Qurucana çayına düşüb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx