Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Şəkidə şirniyyat istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Bu barədə 16 mart tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, Şəki şəhərinin M.F.Axundov küçəsində fəaliyyət göstərən fiziki şəxs Rüstəmli Toğrul Siracəddin oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları planlı yoxlama keçiriblər. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçinin tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx