Şəki şəhəri 7 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. Bu barədə İnsanoid Elm və Təhsil Nazirliyinə istinadən bu gün, 13 sentyabr tarixində məlumat verir.
Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, həmçinin məktəb kollektivi iştirak ediblər.
Tədbirdən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Yenidən tikilmiş məktəb 960 şagird yerlikdi, 40 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
Hazırda məktəbdə 883 şagird, həmçinin 3 məktəbəhazırlıq qrupunda 67 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olacaq.