Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.
Qeyd olunub ki, araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhərində, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.