Bu il Şəki rayonunun təsərrüfatlarında 1 250 hektar sahədə tütün əkilib. Bu barədə 13 avqust tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, şəkili fermerlər cari mövsümdə 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. İndiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrində dərilmiş yaş tütün kütləsindən 2 032 ton quru tütün istehsal olunub.
Bildirilib ki, hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur.
Qeyd olunub ki, tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.