TÖVSİYƏ XƏBƏRLƏR

Salyan: qadın özünü yandıraraq intihar edib

Salyan rayonunda qadın özünü yandıraraq intihar edib. Bu barədə 25 avqust tarixində Report məlumat verib.

Hadisə ötən gün Qarabağlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Abasova Nərminə Əlikram qızı intihar etmək məqsədi ilə üzərinə yandırıcı maddə töküb.

Qadın xəstəxanada vəfat edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx