Salyan şəhərinə ötürülən içməli suyun verilişi dayandırılıb. Bu barədə 6 iyun tarixində Report məlumat verib.
Sakinlərin sözlərinə görə, hər gün saat 15:20 radələrində rayon mərkəzi də daxil olmaqla Babazanlı yaşayış məntəqəsinə Şirvan-Muğan qrup su kəmərindən verilən suyun verilişi dayandırılır.
Salyan Rayon İcra hakimiyyətindən verilən məlumata görə, şəhərdə su şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər görülür. Bu səbəbdən əhaliyə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Məlumatda işlər yekunlaşan kimi içməli suyun verilişinin tam bərpa olunacağı vurğulanıb.