TÖVSİYƏ XƏBƏRLƏR

Salyan xəstəxanasının şöbə müdiri barəsində cinayət işi məhkəməyə göndərilib

“Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri barədə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə 6 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.

İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verərək şəxsin xəstəxanada guya stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham elan edilib.

Yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx