Səlyanda piyadanın ölməsi ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 sentyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Arbatan kəndində qeydə alınıb. 82 yaşlı Rəşxəndə Süleymanova yolu keçərkən onu beton qarışdıran maşın vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.