Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlanıb

Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib. Bu barədə 23 yanvar tarixində Report məlumat verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunun meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb.

F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin sakininin də saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx