TÖVSİYƏ XƏBƏRLƏR

Salyanda keçmiş məhkumda narkotik və “AKMS” aşkarlanıb

Salyan rayon sakinində narkotik və avtomat aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 sentyabr tarixində xəbər verir.

Salyan polisi narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədovu saxlayıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə – marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd “AKMS” markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx