TÖVSİYƏ XƏBƏRLƏR

Salyanda qaçırılan yeniyetmə qız ailəsinə təhvil verilib

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.

İyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib və onlar yerləri müəyyən edilməklə Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx