Salyan rayonunun Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar. Bu barədə Report 19 yanvar tarixində məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahvanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, – deyə xidmət rəsmisi bildirib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.