Şamaxı rayonunda avtoqəza ölümə səbəb olub. Bu haqda bu gün, 24 mart tarixində “İnsanoid” Report-a istinadən xəbər verir.
Şamaxı rayonunun Quşçu kəndi ərazisində Elgün Nəbiyevin sürücüsü olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə E.Nəbiyev müxtəlif bədən xəsarətləri alıb, sərnişin, 50 yaşlı Ağsu şəhər sakini Arif Əliyev isə dünyasını dəyişib.
Faktla bağlı cinayət işinə başlanılıb.