Şamaxıda arıçılara 170 min 600 manat subsidiyanın ödənilməsi nəzərdə tutulub. Bu haqda avqustun 1-də Azərtac xəbər verib.
Rayon üzrə 624 ailə bu işlə məşğuldur. Onlar 17 mindən çox arı ailəsi saxlayırlar.
Builki mövsümdə bölgədə 140 tonadək bal, 13 ton mum, 93 kiloqram çiçək tozu, 60 kiloqramdan çox vərəmum, 9 kiloqramadək arı südü istehsalı gözlənilir.
Qeyd edək ki, dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat subsidiya ödənilir.