TÖVSİYƏ XƏBƏRLƏR

Şamaxının bəzi kəndlərində 3 gün qaz olmayacaq

Şamaxı rayonunun bəzi kəndlərində 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq. Bu barədə 31 oktyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.

Məlumata əsasən, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral kəmərin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü və Yenikəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.