Şəmkirdə 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə Həzi Aslanov küçəsində yerləşir. Kirxa neoqotik üslubda tikilib və 32 il kilsə olaraq fəaliyyət göstərib.
2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində kilsə yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır.
Kilsənin ərazisi 10 hektardır.
Hazırda kilsə abidə kimi qorunur.
Almanların Azərbaycana ilk köçü 1818-ci ilə təsadüf olunur. O vaxtlar Annenfeld (Şəmkir) alman koloniyası yaradılmışdır. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. Annenfelddə yaşayan almanlar 1941-ci ildə bütünlüklə Qazaxıstana sürgün edilmişlər.