Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istixanalarda fitosanitar monitorinqlər aparılıb. Bu barədə 19 yanvar tarixində İnsanoid.com xəbər verir.
Qurumun Qazax-Tovuz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Şəmkir rayonu ərazisində yerləşən pomidor istehsalı təsərrüfatlarında nümunələr götürülüb və laboratoriyaya təqdim olunub. Müayinələr nəticəsində uyğunsuzluq halı müəyyən edilməyib.
Təsərrüfat sahiblərinə, burada çalışan işçilərə pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.