Şəmkir rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 24 oktyabr tarixində Report məlumat verib.
Belə ki, Şəmkir rayon Sabirkənd kəndi ərazisində “VAZ-2107” markalı avtomobil 2018-ci il təvəllüdlü kənd sakini S.Məmmədovu vurub. Azyaşlı hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.