Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib. Bu barədə 31 may tarixində Report məlumat verib.
Dolu, əsasən, rayonun Çinarlı qəsəbəsinə, Seyfəli, Yeni Həyat, Çinarlı və digər kəndlərinə düşüb.
Dolu səbəbindən meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.