TÖVSİYƏ XƏBƏRLƏR

Şəmkirdə sakinin üzərindən 2 kq narkotik tapılıb

Şəmkirdə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid bu gün, 6 sentyabr tarixində Report-a istinadən məlumat verir.

Saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olunmuş Mübariz İbrahimovdur. Onun üzərindən 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx