TÖVSİYƏ XƏBƏRLƏR

Şəmkirdə “VAZ” ağaca çarpılıb

Şəmkir rayonunun Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə Report 21 oktyabr tarixində xəbər verib.

“VAZ-2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində sürücü – 19 yaşlı Sənan Quliyev, sərnişinləri – 20 yaşlı Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.