TÖVSİYƏ XƏBƏRLƏR

Şəmkirdə yeniyetmə qız itkin düşüb – FOTO

Şəmkirdə yeniyetmə qız yaşadığı evdən çıxıb və qayıtmayıb. Bu barədə Report 11 sentyabr tarixində xəbər verib.

Şəmkir rayonunun Dəllər Cəyir kənd sakini, 13 yaşlı F.M. sentyabrın 10-u axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, itkin düşən yeniyetmənin yaxınları bununla bağlı Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

“Hazırda F.M-nin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, – E.Qasımov qeyd edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx