TÖVSİYƏ XƏBƏRLƏR

Samux fermerləri günəbaxan məhsulunun satışında çətinlik çəkir

Samux fermerləri günəbaxan məhsulunun satışında çətinlik çəkir. Bu barədə 14 avqust tarixində Baku TV-nin reportajında deyilir.

Fermerlərin sözlərinə görə, texnika sahəsində və suvarmada heç bir problem olmayıb. Cari ildə məhsul yığımı başlasa da, məhsullara maraq yoxdur. Halbuki ötən illərdə hazır məhsul 1,20 – 1,60 AZN arasında satılıb. “Tanış alıcılarla əlaqə saxlayırıq, onlar hal-hazırda məhsulu almaqda maraqlı deyillər”, – fermer Devran Şükürov deyib.

“2 hektar ərazim var. Oradan 5 ton günəbaxan yığmışam. Alan yoxdur, məhsul əlimizdə qalıb”, – Samux sakini İlham Quliyev söyləyib.

Samux rayonu üzrə cari ildə 2 min hektardan çox ərazidə günəbaxan əkilib.

2020-ci ildə Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Mövsümün sonunda 24 min ton məhsul yığılıb.