Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib. Bu barədə 7 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qarayeri qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 2 ton 285 kiloqram olan, 3 337 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.