Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb. Bu barədə 8 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.