TÖVSİYƏ XƏBƏRLƏR

Şənbə günü gündüz 14-19 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 17 noyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12°, gündüz 14-17° isti olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 14-19°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.