TÖVSİYƏ XƏBƏRLƏR

Şərur sakinini döyərək videoya çəkən şəxslər saxlanılıblar

Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında rayon sakini Qərib Əhmədovu (ad şərtidir) yaşayış yerindən kənara – çay qırağına aparıb güc tətbiq edərək qollarını bağlayıb, küt və kəsici alətlərlə xəsarətlər yetirməklə, şərəf və ləyaqətini alçaldıb, videoçəkiliş apararaq ağır cinayət törətmiş şəxslər saxlanılıblar.

Bu barədə 29 sentyabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Cinayəti törətmiş rayon sakinləri Niftəliyev Elmar Hüseyn oğluSeyidov Mirhüseyn Mirəziz oğlunun üzərlərindən odlu silah, küt alət, bıçaq və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.