Şərur rayonunun Siyaqut kəndində bulaq-abidə kompleksinin açılış mərasimi olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Abidə torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhid olmuş leytenant Səfərov Şahmar Nazim oğlunun və əsgər Səfərov Cəsarət Xaliq oğlunun xatirəsinə ucaldılıb.
Açılış mərasimində bildirilib ki, I və II Qarabağ müharibələrində şərurlular 102 şəhid veriblər.
Siyaqut kəndinin vətənpərvər övladları – şəhid leytenant Səfərov Şahmar Nazim oğlu və əsgər Səfərov Cəsarət Xaliq oğlu ölkə başçısı İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif ediliblər.
Sonra məktəblilər şeirlər söyləyiblər və ehsan süfrəsi açılıb.
