TÖVSİYƏ XƏBƏRLƏR

Şərurda yararsız at əti satan şəxs saxlanılıb – VİDEO

Naxçıvanda polis əməkdaşları Şərur rayonunun Yengicə kəndində qidaya yararsız at ətinin mal əti adı altında satışını təşkil edən Nizami Babayevi saxlayıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.

Həmin şəxs kəndlərindən və ətraf ərazilərdən atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.

Nizami Babayevin Şərur rayonunun Yengicə kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilərkən qidaya yararsız 105 kq at əti aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.