Yardımlı rayonu ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb. Bu barədə 4 fevral tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Yardımlı rayon sakini C.Ağayevin, həmçinin sərxoş olduğu da müəyyən edilib.
C.Ağayev 5 gün müddətində inzibati qaydada həbs edilib.