TÖVSİYƏ XƏBƏRLƏR

Səttar Bəhlulzadənin əsərləri dünya bazarında 18 milyon dollardan çox qiymətə satılır

Səttar Bəhlulzadənin rəsmləri ”eBay” internet mağazasında satışa çıxarılıb. Bu barədə İnsanoid bu gün, 10 yanvar tarixində xəbər verir.

Satışa çıxarılan kolleksiya 650 rəsmdən ibarətdir. Məşhur Azərbaycan rəssamının əsərləri 18 milyon 500 min dollara satışa çıxarılıb. Hazırda əsərlər Türkiyənin Balıkesir şəhərindədir. Onların Azərbaycana çatdırılması isə 5 min dollara başa gəlir.

Türkiyədən olan satıcı bütün əsərlərin Azərbaycan Dövlət Muzeyindən verilən orijinallıq sertifikatı olduğunu qeyd edib.

20-ci əsr Azərbaycan sovet rəssamı olan Səttar Bəhlul oğlu Bəhlulzadə, əsasən, Azərbaycan təbiətini tərənnüm edən iri lirik mənzərələri ilə məşhurdur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx