Saxta COVID-19 pasportları hazırlayan tibb işçiləri barəsində cinayət işi açılıb

Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb. Bu barədə sentyabrın 28-də Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Binə qəsəbəsində yerləşən 29 saylı xəstəxananın altı tibb işçisi tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan COVID -19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Sentyabrın 22-də DİN-dən verilən məlumata görə, saxta COVID-19 pasportu satanlarla yanaşı, o sənədi alan və istifadə edən şəxslər də cinayət məsuliyyəti daşıyır.

Həmin şəxslər 2500 manatdan 5000 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Saxta COVID-19 pasportları hazırlayan tibb işçiləri barəsində cinayət işi açılıb”

Tövsiyə xəbərlər