Avqustun 27-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasının 2 həkimi saxlanılıb. Onlar qanunsuz saxta COVID-19 pasportunun satışı ilə məşğul olublar. Bu haqda DİN məlumat verib.
Hər iki həkim vətəndaşları vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron sistemindən qeydiyyatdan keçiriblər. Onların çantalarından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.