TÖVSİYƏ XƏBƏRLƏR

Saxta vaksin pasportu verən həkimlər aşkarlanıb

Sabunçu rayon Maştağa qəsəbəsində yerləşən 7 №-li Birləşmiş Şəhər Xəstəxanasında araşdırma nəticəsində xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə etməsi aşkarlanıb. Bu haqda sentyabrın 21-də Sabunçu Rayon Prokurorluğu məlumat verib.

Məlum olub ki, həkimlər bir neçə şəxsə Covid-19 vaksini vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatları elektron bazaya yerləşdiriblər.

Faktla bağlı cinayət işi başlanıb.