TÖVSİYƏ XƏBƏRLƏR

SDU-nun prorektoru vəzifəsindən azad edilib

Sumqayıt Dövlət Universitetinin prorektoru Atayev Qafar Nəriman oğlu vəzifəsindən azad olunub. Bu barədə Report 20 oktyabr tarixində xəbər verib.

O, öz ərizəsi əsasında vəzifədən azad edilib.

Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək.

O, 2014-cü il yanvar ayının 16-da Sumqayıt Dövlət Universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il iyun ayının 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qafar Atayev 30-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin və 3 tədris-metodik göstərişin müəllifidir.