1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) 2 ay müddətinə bağlanıb və yalnız koronavirus xəstələrini qəbul edəcək. Bu məlumatı TƏBİB avqustun 23-də təsdiq edib.
Müalicə alanlar xəstəxananın doğum-ginekologiya, kardiologiya, nevrologiya, terapiya və intensivterapiya şöbələrinə yerləşdirilicək.
Mərkəzdə ancaq toksikologiya şöbəsi öz fəaliyyətini davam edəcək.
Ölkədə son sutkada COVID-19 infeksiyasına 3 069 nəfər yoluxub, 29 nəfər isə vəfat edib. Azərbaycanda ümumilikdə koronavirusa yoluxanların sayı 391 506 nəfər təşkil edir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.