Sentyabrın 1-dən toylarla bağlı yeni qadağa qüvvəyə minir

Azərbaycanda sentyabrın 1-dən COVID-19 pasportu olmadan 50 nəfərədək toyların keçirilməsinə verilən icazə ləğv edilir. Bununla bağlı avqustun 28-də baş nazir Əli Əsədov qərar imzalayıb.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara əsasən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yaşı 18-dən yuxarı olan qonaqların COVID-19 pasportu və ya immunitet sənədi olmalıdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sentyabrın 1-dən toylarla bağlı yeni qadağa qüvvəyə minir”

Tövsiyə xəbərlər