Sentyabrın 21-də 27° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 21-də mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 20-22° isti, gündüz 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Qeyd edək ki, sabahdan Azərbaycana payız fəsli daxil olacaq. Payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sentyabrın 21-də 27° isti olacaq”

Tövsiyə xəbərlər