Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.