TÖVSİYƏ XƏBƏRLƏR

Sentyabrda XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək

Paytaxtda 23-30 sentyabr tarixlərində XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.

Tədbirdə İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan ifaçılar çıxış edəcəklər. Həmçinin festival çərçivəsində ödənişsiz konsertlər təşkil olunacaq.

Eyni zamanda “I am Jazzman!” caz ifaçılarının müsabiqəsi baş tutacaq. Müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır.

Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından əldə etmək mümkündür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx