TÖVSİYƏ XƏBƏRLƏR

SEPAH alçaldılır: Təbrizdə müstəqil Güney Azərbaycan sədaları

Təbriz şəhərində Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə gedir. Bu barədə İnsanoid Güney AzFront-a istinadən bu gün, 13 fevral tarixində xəbər verir.

Son 1,5 ay ərzində İran hökumətinə elə gələ bilərdi ki, onlar ayətullahların nəzarəti altındakı Güney Azərbaycanın mədəni-tarixi mərkəzi olan Təbrizdə azərbaycanlıların kütləvi etiraz əhvali-ruhiyyəsini, milli istəklərini boğmağa bacarıblar. Ötən ilin oktyabr-noyabr aylarında bu şəhər hökumət əleyhinə etirazların ocağı olub. Xüsusi fəallıq azərbaycanlı gənclər tərəfindən nümayiş etdirilib. Təbrizin küçələrində, demək olar ki, hər gecə Güney Azərbaycanın müstəqilliyinə çağıran və fars teokratik rejimini tənqid edən yazılar və vərəqələr peyda olurdu.

Hökumət etiraz dalğasını əzmək üçün böyük səylər göstərib. Aksiya iştirakçılarının əksəriyyəti həbs edilib. Rejim nümayəndələri azərbaycanlıların milli özünüidentifikasiyanın təzahürlərinə qarşı ictimai demarşları daha tez-tez keçirməyə başlayıb. Şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə doludur. Gecələr mərkəzi küçələr, inzibati və ictimai obyektlər, təhsil müəssisələri gücləndirilmiş patrul dəstələri, eyni zamanda SEPAH nümayəndələri tərəfindən nəzarət olunur.

Sözügedən hadisələrin fonunda Təbrizdə son həftə baş verənlər daha təəccüblü görünür: hər gecə şəhərin küçələrində naməlum şəxslər tərəfindən müstəqil Güney Azərbaycanın bayrağı və AZfront-un emblemi əks olunan rəngarəng vərəqələr yapışdırılır. Vərəqələrdə aşağıdakı yazılar yer alıb:

▪️ «Guney AZfront – Güney Azərbaycanın səsidir» (Guney AZfront – rus dilində fəaliyyət göstərən AZfront (https://t.me/+ZhqEkpGrHbU1MjYy)-un törəmə Telegram kanalıdır və Güney Azərbaycanın yerli sakinlərinə yönəlib).

▪️ «Güney Azərbaycan müstəqilliyə doğru irəliləyir!»

▪️ «Güney Azərbaycan mütləq azad olunacaq!»

▪️ «Repressiyalar bizim inamımızı sındırmayacaq!».

Vərəqələr hüquq-mühafizə orqanları tərəfindən patrul edilən inzibati və ictimai obyektlər, təhsil müəssisələri üzərinə yerləşdirilir. Adıçəkilən strukturun vərəqə yapışdıranların saxlanılması üçün etdiyi cəhdlərə baxmayaraq, onlardan heç biri indiyədək tutulmayıb. Rejim qulluqçuları vərəqələri səhərə qədər yox etməyə çalışsalar da, sabahkı gün onlar digər ərazilərdə peyda olurlar.

Belə ki, AZfront emblemi və Güney Azərbaycanın bayrağı Təbrizin poçt şöbəsinin, bankların və universitetlərin binalarına «çap olunub».

Təbrizdəki azərbaycanlı fəalların bu cür cəsarəti SEPAH üçün xüsusilə alçaldıcıdır, çünki bu hadisələr hakimiyyət tərəfindən teokratik rejimin qurulmasının 44-cü ildönümü şərəfinə təşkil olunan təntənəli şənliklər zamanı baş verir. Hal-hazırda SEPAH-ın hərbi «müşavirləri» işğal edilən Krım, İraq, Suriya və Yəməndə fəaliyyət göstərirlər. Eyni zamanda onlar Qəzzə zolağı və Livandakı iranpərəst qruplaşmalarına aktiv dəstək nümayiş etdirirlər. Bütün bunlara rəğmən, onlar «öz ərazilərində», Güney Azərbaycanın döyünən ürəyində nəzarəti ələ almağa qadir deyillər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx