İyunun 29-dan iyulun 2-dək istismar müddəti bitmiş döyüş sursatları utilizasiya ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Utilizasiya prosesi Seyfəli poliqonunda həyata keçiriləcək.
Qeyd olunub ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.