N saylı hərbi hissəsinin əsgəri Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq etməkdə şübhəli bilinən baş çavuş Fərəməz Abasov saxlanılıb. Bu haqda Baş Prokurorluq sentyabrın 10-da məlumat yayıb.
Onun barəsində “tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə” maddəsi ilə cinayət işi açılıb.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, əsgər Məmmədağa Məlikzadə sentyabrın 6-da odlu silahdan atəş açmaqla intihar edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.