TÖVSİYƏ XƏBƏRLƏR

Silahlı şəxslər və narkotacirlər məsuliyyətə cəlb edilib

Balakən rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı keçirilən əməliyyat zamanı, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib. Bu barədə 14 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Axtarış zamanı “TT” markalı tapança, 1 ədəd həmin silaha məxsus patron və sandıqça aşkar olunub. Digər saxlanılan şəxslərdən isə “patı”, ”şüşə” kimi tanınan metamfetamin və külli miqdarda heroin götürülüb.

Faktlarla bağlı araşdırma davam etdirilir.