“Silk Way West Airlines” qürurla ilk “Boeing 777F” təyyarəsinin Sietldən Bakıya olan uçuşu barədə elan edib. Bu barədə İnsanoid bu gün, 3 oktyabr tarixində xəbər verir.
Bu, “Boeing” və “Silk Way West Airlines” şirkətləri arasında imzalanmış müqavilələr çərçivəsində çatdırılacaq 7 “Boeing” təyyarəsindən birincisinin ilk uçuşudur.
Sazişlərə əsasən, Azərbaycana 5 “Boeing 777F” və 2 Boeing 777-8F təyyarəsinin gəlişi 2030-cu ilə qədər növbəti 7 il ərzində həyata keçiriləcək.
Donanmanın genişləndirilməsi uçuşların həcmini artırmaq və yeni istiqamətlər əlavə etmək kimi imkanlar yaradacaq. Donanmanın strateji genişləndirilməsi planının çərçivəsində növbəti ay ərzində daha bir təyyarənin gəlişi gözlənilir.