TÖVSİYƏ XƏBƏRLƏR

Sinan Akçıl Təyyar Bayramovun oğlunun ifasını paylaşdı

Türkiyəli müğənni Sinan Akçıl Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanla bağlı paylaşım edib. Bu barədə İnsanoid bu gün, 27 oktyabr tarixində xəbər verir.

Fələstin-İsrail münaqişəsindən yazan Sinan bunları qeyd edib:

“On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəmələridir. “Bu gecə öləcəyik” deyə düşünən dərdli analar, atalar gözümün önünə gəlir. Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdayıq, Qəzza, həm də iliklərimizə qədər.

Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan cəsarətli bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir”.

Videoda Kənanın Şuşada səsləndirdiyi “Bayati şiraz” ifası yer alıb.

Təyyar Bayramov Şuşa Fələstin
Foto Sinan Akçılın rəsmi İnstagram səhifəsi